“Rusiya-Ukrayna müharibəsinin bitməsi üçün səylərimizi artıracağıq” - Ərdoğan

19:43 - 20 Sentyabr 2022

“Rusiya-Ukrayna müharibəsinin bitməsi üçün səylərimizi artıracağıq” - Ərdoğan

Türkiyə Rusiya-Ukrayna müharibəsi çərçivəsində də öz iradəsini nümayiş etdirir, münaqişənin diplomatiya yolu ilə həll edilməsinin vacibliyini vurğulayır.

Manset.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının 77-ci Baş Assambleyasında (BMT) çıxışı zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

O qeyd edib ki, Türkiyənin vasitəçiliyi ilə İstanbulda imzalanan “Taxıl daşınması anlaşması” BMT-nın son illər ərzində nail olduğu ən böyük uğurlardan biridir.

Ərdoğan ölkəsinin müharibənin Ukraynanın ərazi bütövlüyü və müstəqilliyi şərtləri ilə bitməsi üçün səylərini artıraraq davam etdirəcəyini əlavə edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az