NATO Rusiyanın Ukraynada keçirəcəyi referenduma münasibət bildirdi

21:42 - 20 Sentyabr 2022

NATO Rusiyanın Ukraynada keçirəcəyi referenduma münasibət bildirdi

NATO Rusiyanın Ukraynada keçirmək istədiyi referenduma münasibət bildirib.

Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, təşkilatın Baş katibi Yens Stoltenberq bildirib ki, saxta seçkilərin heç bir legitimliyi yoxdur. 

"Bu Putinin müharibəsinin daha da şiddətlənməsi deməkdir. Beynəlxalq ictimaiyyət beynəlxalq hüququn açıq formada pozulmasını qınamalı, Ukraynaya dəstəyini artırmalıdır", - deyə Stoltenberq bildirib.

NATO Baş katibi "seçkilərin" Rusiyanın Ukrayna müharibəsinə heç bir dəyişiklik etməyəcəyini əlavə edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az