“Erməni radikallar Brüsseldə Azərbaycan səfirliyinə hücuma hazırlaşırlar” - Səfir (FOTO)

13:00 - 21 Sentyabr 2022

“Erməni radikallar Brüsseldə Azərbaycan səfirliyinə hücuma hazırlaşırlar” - Səfir (FOTO)

Bu gün erməni diasporunun radikalları Brüsseldə Azərbaycan səfirliyinə hücum etməyə hazırlaşırlar.

 

Manset.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Belçikada fövqəladə və səlahiyyətli səfiri Vaqif Sadıqov özünün “Twitter” hesabında xəbərdarlıq edib.

 

Onun sözlərinə görə, hücum radikalların Avropa Parlamenti qarşısında mitinqindən sonraya planlaşdırılıb.

“Ermənilərin Avropanın mərkəzində diplomatik missiyaya növbəti qəddar hücumuna qarşı səsinizi ucaldın”, - deyə diplomat çağırış edib.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az