İranda internetə məhdudiyyət qoyulacaq

16:28 - 21 Sentyabr 2022

İranda internetə məhdudiyyət qoyulacaq

İranda internetdən istifadəyə məhdudiyyətlər qoyulacaq.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, buna səbəb ölkədə son günlər baş verən etiraz aksiyalarıdır.

Xatırladaq ki, İranda sentyabrın 16-sı 22 yaşlı Məhsa Əmininin əxlaq polisi tərəfindən zorakılığa məruz qalması və bir neçə saatdan sonra xəstəxanada vəfat etməsi ölkədə ictimai-siyasi vəziyyəti gərginləşdirib. Artıq bir neçə gündür başlayan kütləvi etirazlar hələ də davam etməkdədir. Aksiyalar ölkənin Tehran, Təbriz, İsfahan, Şiraz, Kirman və başqa böyük şəhərlərini də əhatə edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az