İranda “Instagram”a giriş ciddi şəkildə məhdudlaşdırılıb.
Manset.az APA-ya istinadən xəbər verir ki, İrandan olan istifadəçilər “Instagram”a girişin məhdudlaşdırıldığını bildirib.
Bundan başqa qlobal internetdəki kəsinti və fasilələri izləyən Londonda yerləşən “NetBlocks” qrupu da bu gün İranda etirazlar fonunda “Instagram”a girişin məhdudlaşdırıldığını bildirib.