Türkiyə XİN Rusiyanın Ukrayna ərazisində "referendum" cəhdini PİSLƏDİ

23:42 - 21 Sentyabr 2022

Türkiyə XİN Rusiyanın Ukrayna ərazisində \"referendum\" cəhdini PİSLƏDİ

Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) Ukraynanın Rusiyanın nəzarətində olan bölgələrində "referendum"un keçirilməsi cəhdlərini pisləyən bəyanat yayıb.

 

Manset.az report-a istinadən xəbər verir ki, bu barədəTürkiyə XİN-dən məlumat verilib.

Bildirilib ki, Türkiyə, Ukraynanın Rusiya nəzarətində olan ərazilərində "referendum"un keçirilməsi cəhdlərindən narahatdır:

"Belə qeyri-qanuni faktlar beynəlxalq ictimaiyyət tərəfindən tanınmayacaq. Əksinə, diplomatik prosesin canlandırılması səyləri çətinləşdirəcək və qeyri-sabitliyi dərinləşdirəcək. Fürsətdən istifadə edərək, 2014-cü ildə Krımın qanunsuz ilhaqından sonra vurğuladığımız Ukraynanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyinə dəstəyimizi bir daha bildirir və davam edən müharibənin dinc yolla həllinə hər cür lazımi töhfə verməyə hazır olduğumuzu bir daha bildiririk" - bəyanatda qeyd olunub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az