Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür edib.
Manset.az xəbər verir ki, o, bu barədə tviter-də yazıb.
“Rusiyada əsirlikdə olan 215 nəfər geri qaytarılıb. Onların arasında Azovstal və Mariupolun 188 müdafiəçisi də var. 5 komandir Türkiyədə qalacaq. Onlar ailələri ilə görüşə biləcəklər. Buna görə Prezident Ərdoğana ürəkdən minnətdaram”, - deyə Zelenski qeyd edib.
O, həmçinin əsirlikdəki digər şəxsləri də qaytarmağa çalışdıqlarını bildirib.