ABŞ-nin üç ən böyük bankının direktoru Çinin suverenlik mübahisəsi olan Tayvanı işğal edəcəyi təqdirdə ölkədəki sərmayələrini geri götürəcəklərini bəyan edib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Bank of America-nın baş icraçı direktoru Brayan Moynihan, JPMorgan Chase-in baş icraçı direktoru Ceymi Dimon və Citigroup-un baş icraçı direktoru Ceyn Freyzer ABŞ Nümayəndələr Palatasının Maliyyə Xidmətləri Komitəsinin keçirdiyi sessiyada belə bir vəziyyətdə ABŞ administrasiyasının göstərişlərinə əməl edəcəklərini bildiriblər.
Bank of America-nın baş icraçı direktoru Moynihan, " Biz onilliklər ərzində Çinlə işləyən hökumətin göstərişinə əməl edəcəyik. Amma mövqelərini dəyişsələr, biz də Rusiyada etdiyimiz kimi, dərhal dəyişəcəyik” – deyib.