Covid-19-a bənzər virus aşkar edildi - ÜST araşdırmalara başladı

13:37 - 23 Sentyabr 2022

Covid-19-a bənzər virus aşkar edildi - ÜST araşdırmalara başladı

Elm adamları yarasalarda Covid-19-a bənzər virus aşkar ediblər.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Təcili məlumatlandırılan ÜST-nin mövzu ilə bağlı araşdırma aparmağa başlayıb.

ABŞ-ın Vaşinqton Dövlət Universitetindən Dr. Michael Letko deyib ki: "Araşdırmalarımız həmçinin göstərir ki, sarbekoviruslar Asiyadan kənarda vəhşi təbiətdə, hətta Rusiyanın qərbi kimi Xosta-2 virusunun aşkar olunduğu yerlərdə də dövr edir. Qlobal sağlamlıq və peyvənd kampaniyaları üçün təhlükə yaradır. Virusun dəqiq mənşəyi bəlli deyil, lakin hazırda ÜST-də bir qrup tərəfindən araşdırılır. Xosta-2 ilk dəfə iki il əvvəl yarasada tapılıb. Səhiyyə rəsmiləri, Covid kimi heyvandan insana keçərsə, insan hüceyrələrinə yoluxa biləcəyini aşkar ediblər”.

Tədqiqatçılar Covid-19 kimi tək bir ştamı deyil, geniş spektrli virusları əhatə edən vaksinlərin hazırlanmasının vacibliyini vurğulayır:
“Təəssüf ki, indiki vaksinlərimizin əksəriyyəti insan hüceyrələrinə yoluxduğunu bildiyimiz və ya bizi yoluxdurmaq üçün ən böyük risk kimi görünən xüsusi viruslar üçün nəzərdə tutulub. Ancaq bu, daim dəyişən bir siyahıdır. Bütün sarbekoviruslardan qorunmaq üçün bu vaksinlərin dizaynını genişləndirməliyik”.
 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az