Bu ölkə rusiyalı turistlərin ölkəyə girişini qadağan edəcək

21:28 - 23 Sentyabr 2022

Bu ölkə  rusiyalı turistlərin ölkəyə girişini qadağan edəcək

Finlandiya hökuməti yaxın günlərdə Rusiya Federasiyası vətəndaşlarının istənilən Şengen vizası ilə turizm məqsədilə ölkəyə daxil olmasını qadağan edəcək.

 

Manset.az TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Pekka Haavisto bildirib.

O əlavə edib ki, Rusiya vətəndaşlarının Finlandiyaya işləmək, təhsil almaq və qohumlarına baş çəkmək üçün girişinə icazə veriləcək.

Finlandiya XİN-dən bildirilib ki, hərbi xidmətdən imtina əcnəbinin sığınacaq üçün müraciət etməsi üçün əsas deyil.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az