XİN-dən ABŞ-ın Ermənistandakı səfirliyinə ÇAĞIRIŞ

21:39 - 23 Sentyabr 2022

XİN-dən ABŞ-ın Ermənistandakı səfirliyinə ÇAĞIRIŞ

"Amerika Birləşmiş Ştatlarının Ermənistandakı səfirliyinin bu ilin 23 sentyabr tarixində ölkənin ictimai televiziyasına verdiyi birtərəfli və real vəziyyəti təhrif edən açıqlaması ciddi təəssüf doğurur".

 

Manset.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir. 

"ABŞ səfirliyini bu kimi həssass məsələlərdə məsuliyyətli mövqe nümayiş etdirməyə, Ermənisanın xeyrinə olan birtərəfli bəyanatlardan çəkinməyə çağırırıq.

Bu qəbildən olan yanaşma  regionda sülh gündəliyinin irəli aparılmasına xidmət etmir, əksinə Ermənistandakı revanşist və separatist meylli dairələrin həvəslənməsinə və beləliklə də bölgədə gərginliyin artmasına səbəb olur.

Eyni zamanda, bu kimi mövqe Ermənistan və Azərbaycan arasında normallaşma prosesində rol oynamağa çalışan ABŞ-ın neytrallığına və qərəzsizliyinə kölgə salır".


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az