Belarusda da səfərbərlik olacaq? - Lukaşenkodan AÇIQLAMA

00:34 - 24 Sentyabr 2022

Belarusda da səfərbərlik olacaq? - Lukaşenkodan AÇIQLAMA

Belarus Prezidenti Aleksandr Lukaşenko ölkədə səfərbərlik olmayacağını bəyan edib.

Manset.az  BelTA agentliyinə istinadla xəbər verir ki, bunu Belarus Prezidenti cümə günü jurnalistlərə bildirib.

"Bu səfərbərlik Rusiyadadır. Bu körpünü bizim üstümüzə atmağa çalışırlar ki, bizdə də olacaq <...>. Heç bir səfərbərlik olmayacaq. Bu, yalandır", - Aleksandr Lukaşenko belə deyib.

Prezident əlavə edib ki, Belarusda mümkün təhdidlərə və terror aktları törətmək cəhdlərinə mütləq cavab veriləcək. Onun sözlərinə görə, bunun üçün mütəmadi olaraq, o cümlədən könüllülərin iştirakı ilə müxtəlif təlimlər keçirilir ki, insanlar öz vəzifələrini bilsinlər, lazımi hərbi vərdişlərə yiyələnsinlər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az