Xəbər verdiyimiz kimi, Ermənistanın yenidən baş naziri seçilmiş Nikol Paşinyan ilk rəsmi səfərini avqustun 5-də İran İslam Respublikasına etdi. Səfərdə məqsəd İranın yeni prezidenti İbrahim Rəisinin andiçmə mərasimində iştirak olsa da, iki ölkə rəhbərləri arasında keçirilən görüş regionda aktiv müzakirələr yaratdı.
Manset.az xəbər verir ki, görüşdən sonra yayılan rəsmi məlumata görə, Paşinyan Rəisi ilə danışıqlarda İranla əlaqələrin inkişafının Ermənistan üçün xüsusi əhəmiyyət daşıdığını deyib. Tərəflər, həmçinin ticarət-iqtisadi əlaqələrin genişləndirilməsi imkanlarını müzakirə ediblər.
Bundan əlavə, Paşinyan “Mehri” azad iqtisadi zonasının aktivləşməsi və İranla Avrasiya İqtisadi ittifaqı arasında sərbəst ticarət rejiminin bunun təşviqində rolunu diqqətə çatdırıb.
Bağlı qapılar arasında baş tutan görüşdə regional məsələlər, o cümlədən Zəngəzur dəhlizi ilə bağlı müzakirələrin də aparıldığı istisna edilmir. Siyasi kluarlarda gəzən iddialara əsasən, İran tərəfi Zəngəzur dəhlizinə alternativ imkanlarını nəzərdən keçirir və ölkə başçılarının ilk görüşündə bu məsələnin diqqətdən kənarda qalmadığı ehtimal olunur.
Ekspertlərin fikrincə, İran və Ermənistanın gizli planı bölgəni yenidən alovlandırmaq niyyəti daşıyır. Tərəflərin alternativ variantları gizli danışıqlar masasında nəzərdən keçirməsi hələlik rəsmən təsdiqlənməsə də, çox güman ki, yaxın vaxtlarda Tehran və Yerevanın məqsəd və məramı bəlli olacaq.
Zəngəzur dəhlizinə alternativ mümkündürmü? İran Azərbaycanla əlaqələri pozacaq riskə getməyə hazırdırmı?
Mövzu barədə Modern.az-a danışan politoloq Qabil Hüseynli hesab edir ki, İran Ermənistana dəstək verməklə xəyallar qurur. Lakin nə İran, nə də Ermənistan Azərbaycanın Zəngəzur layihəsini əngəlləyə biləcək.
"Mollalar bir vaxtlar Qara dənizə çıxarmaq istədikləri boru kəmərlərini Ermənistanın ərazisindən keçirmək üçün təkliflər edirdilər. Amma bu işlərin başında duran, aranı qarışdıran molla rejiminin fars şovinizminə söykənən qanadıdır. Türkiyə-Azərbaycan qardaşlığını qısqanaraq alternativ təkliflər irəli sürürlər. İran ermənilərlə dəmir yolu xətti çəkmək istəyir. Guya bununla hara gedib çıxa biləcəklər ki? Ermənistan sərhədindən o tərəfə heç nə yaratmağa imkan yoxdur. Üstəlik, İsrail, Avropa, Amerika İranı çox ciddi ittihamlarla təhdid edir, rejimi dəyişmək, sanksiyalarla boğmaq istəyirlər. Onu da deyim ki, İranı vurmaq planının başında elə Amerika özü dayanacaq".
Qabil Hüseynlinin fikrincə, İran hazırda Suriya və İraqda da aranı qarışdırmağa davam edir:
"İndi isə Ermənistanla ittifaq yaratmaqla bölgədəki vəziyyəti gərginləşdirməyə çalışırlar. İran müasir dünya düzəni ilə üst-üstə düşməyən teokratik rejim yaradıb. Əl boyda Ermənistanla mollalar hansı sağlam işbirliyi yarada bilər? Gərginlik yaratmağa çalışan araqarışdıranlar istəyinə çata bilməyəcəklər. Onlar sadəcə bir müddət ictimai fikri dalğalandırıb, sonradan sönüb, yox olacaqlar.
Ermənistanla işbirliyi yaratmaq istəyinə düşüblərsə, bu, molla rejiminə yaxşı heç nə vəd etmir. Əlləri hər şeydən üzülüb, rejim görün nə günə qalıb ki, müharibədə məğlub olmuş, hələ dizi üstündə qalan, ayağa qalxa bilməyən iki milyonluq ölkə ilə hansısa iqtisadi layihə planlaşdırır. Bu, başdan ayağa avantüradır, həyata keçməsi mümkün deyil".
Bir məqamı vurğulayaq ki, İran Ermənistanla birgə bölgənin geoiqtisadi mənzərəsini dəyişəcək Zəngəzur layihəsinə qarşı çıxacağı təqdirdə, bu, qonşu ölkədə yaşayan milyonlarla azərbaycanlının kəskin etirazına səbəb olacaq. Təbrizin Azərbaycanın maraqlarına zidd olan təxribatçı planla barışmayacağını, soydaşlarımızın küçələrə axışaraq etiraz səsini qaldıracağını əminliklə deyə bilərik.
Qarabağın 30 illik işğalına son qoyulmasını böyük sevinclə qeyd edən İran azərbaycanlıları bölgədə sülh və təhlükəsizliyə zərbə olacaq istənilən planın, eləcə də Azərbaycana qarşı yönələn hər bir addımın önündə keçilməz sipər kimi dayanmağa hazırdırlar.
Bəs, bundan xəbərsiz olmayan ölkə rəhbərliyi Ermənistanın maraqları naminə milyonlarla insanla üz-üzə gəlməyi, kütləvi etirazlar fonunda hakimiyyətini təhlükəyə atmağı gözə alacaqmı?
Onsuz da heç bir layihədə uğur və perspektiv vəd etməyən Ermənistan üçün belə riskə getməyin lüzumsuz olduğunu İranı idarə edən güclər bilməmiş deyillər. Əlbəttə, belə situasiyada İran iki seçim qarşısında qalır:
Ya "dost" Ermənistan üçün özünü oda atmalı, ya da Azərbaycanın regionda yaratdığı reallıqlarla barışmalıdır.
İranın gizli Zəngəzur planı: Təbriz buna imkan verməyəcək
23:02 - 08 Avqust 2021
Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun Keçid et
Digər xəbərlər
22 Oktyabr 2026 - 20:21
Cavid Ağaməliyev həbs edildi
22 Oktyabr 2026 - 20:42
Qazini qətlə yetirib, qardaşını yaralayan şəxs saxlanıldı - FOTO - YENİLƏNİB
22 Oktyabr 2026 - 23:47
“Azərbaycan türklüyünə hücum var” - “Məgər Bakıdakılar bunu anlamırlar?”
22 Oktyabr 2026 - 20:03
Bakıda binada uçqun - YENİLƏNİB
22 Oktyabr 2026 - 21:52
Vaqif Sadıqov etimadnaməsini İsveçrə prezidentinə təqdim etdi
22 Oktyabr 2026 - 22:58
Uşaq traktorun qoşqusunun altında qaldı - Neftçalada bədbəxt hadisə
22 Oktyabr 2026 - 22:33
Bakıda kişi işə görə deyinən arvadını vəhşicəsinə DÖYDÜ
22 Oktyabr 2026 - 21:16
Sərnişinlə dalaşıb avtobusu sürməkdən imtina etdi - İşdən qovuldu
22 Oktyabr 2026 - 22:00
Şuradan Türkiyə mediasındakı iddialara SƏRT REAKSİYA
"Real" Arda Gülərlə 5 illik müqavilə imzaladı
23 Oktyabr 2026 - 16:09
İlham Əliyev bu sazişi təsdiqlədi - FƏRMAN
23 Oktyabr 2026 - 00:30
Araz çayında balıqların sayı ARTIB
Xəbər xətti
- 23 Oktyabr 2026
- 19:51 Bakıda evdən meyit tapıldı
- 19:34 Gəncədə 5 aylıq uşaq xəstəxanada ÖLDÜ
- 19:18 Ukrayna PUA-larla Moskva aeroportlarına hücum etdi - VİDEO
- 19:04 "Vurulan gəmidəki azərbaycanlıların hamısı xilas edilib" - Ayxan Hacızadə
- 18:43 Təbiətə 40 min manatdan çox ziyan vuruldu
- 18:29 Ombudsmanın hüquqi nəşrlərinin təqdimat mərasimi keçirildi - FOTOLAR
- 18:14 Qazaxda TIR yandı
- 17:55 82 kiloqram narkotik dövriyyədən çıxarıldı
- 17:45 Bu ölkədə güclü zəlzələ baş verdi
- 17:45 "Arsenal" Aleks Baenanı heyətinə qatmaq istəyir
- 17:40 Bakı-Qazax yolunda TIR yanıb - FOTO
- 17:38 7 ballıq zəlzələdə 16 nəfər həlak oldu
- 17:34 Fransanın 23 vilayətində xəbərdarlıq edildi
- 17:30 Buraxılış və qəbul imtahanları ilə bağlı VACİB QƏRAR
- 17:23 Məhkəmədən Ramiz Əzizbəylinin kürəkəni ilə bağlı QƏRAR
- 17:15 Azərbaycan-Hindistan münasibətlərini müzakirə etdilər - Fotolar
- 17:07 Bakıda piyadaların yolunu kəsən qanunsuz tikinti sökülür - FOTO/VİDEO
- 17:00 Kilsəyə silahlı hücum - 7 ölü, 10 yaralı
- 16:58 Xocavənd və Ağdərə sakinləri doğma yurdlarına qayıtdılar - YENİLƏNDİ
- 16:51 İnternetlə qoxu göndərmək mümkün olacaq - Yeni texnologiya sınaqdan keçirilir
- 16:50 Salyanda ağır qəza - Ölən və yaralananlar var (YENİLƏNDİ)
- 16:49 Trampın sağlamlığı ilə bağlı suallar yenidən gündəmdə
- 16:42 Türkiyədə ağır yol qəzası - Polis əməkdaşı həlak oldu
- 16:42 Avtovağzal metrosunun yaxınlığında yeni 2 otaq st. mənzillər satışa çıxdı!
- 16:38 Himalay dağlarında FACİƏ - 2 alpinistin cəsədi tapıldı
- 16:35 Göyçayda evlərdən 24 min manat oğurlandı
- 16:27 İri Şəhərlərin Su Təchizatının yeni icraçı direktoru kollektivə təqdim edildi - FOTOLAR
- 16:20 Yağıntılı hava neçə gün davam edəcək?
- 16:12 “Təmiz hava” aylığı çərçivəsində nəzarət tədbirləri keçirilir
- 16:09 İlham Əliyev bu sazişi təsdiqlədi - FƏRMAN
- 15:50 Ələt-Astara yolunun yaxınlığında açıq ərazi yanır
- 15:46 “Siz də, maşallah, çox yaxşı görünürsünüz” - Dövlət başçısı
- 15:40 DİN-dən əməliyyat - Həbs edilənlər var (VİDEO)
- 15:31 "Həmişə çalışmışam ki, öz işimlə onu məyus etməyim" - İlham Əliyev
- 15:26 Prezidentin sosial şəbəkə hesablarında videoçarx paylaşıldı
- 15:11 "Yarımçıq əlyazma” romanının ispan dilində nəşrinin təqdimatı keçirildi - FOTOLAR
- 15:07 Firuzə İbadova xəstəliyindən danışdı - "5 şiş çıxartdılar"
- 15:01 "Cənab Prezident, hərdən Sizə yazıram" - Fərhad Xəlilov
- 14:48 Azərbaycanlıların olduğu gəmi Qara dənizdə batdı
- 14:40 Kafedə pivə almamaq üstündə yeniyetməni öldürmək istədilər - TƏFƏRRÜAT
- 14:34 Nizam Osmanovun polkovnik dostuna cinayət işi açıldı - “Salyanski kazarma”da yeyinti
- 14:26 Bakıda kişi sirkə turşusundan zəhərlənib öldü
- 14:20 Mollahəsənli kəndinin köçürülməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirildi
- 14:12 Hövsan Yarış Kompleksi FIFA U-15 dünya çempionatına tam hazırdır
- 14:04 Gəncədə qəza - 4 nəfər xəsarət aldı
- 13:55 “Azərbaycanda 500-ə yaxın hindistanlı tələbə təhsil alır” - Nazir
- 13:50 Bələdiyyə sədri icra başçısının müavini oldu
- 13:39 Bulvarda bir nəfər dənizə düşdü
- 13:21 Çinin Tibet bölgəsində baş verən zəlzələdə 16 nəfər öldü
- 13:12 AFFA klub rəhbərinə ağır cəza verdi
- 12:59 Türkiyədə mədəndə PARTLAYIŞ - 2 fəhlə həlak oldu, 5 nəfər yaralandı