İtaliyada keçirilən seçkilərin nəticəsi bəlli oldu

10:48 - 26 Sentyabr 2022

İtaliyada keçirilən seçkilərin nəticəsi bəlli oldu

İtaliyada keçirilən ümumi seçkilərdə ifrat sağçı partiya birinci olub.


Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, səhər yerli vaxtla saat 07:00-da başlayan səsvermə prosesi gecə saat 23:00-da başa çatıb və dərhal sonra səslərin hesablanması başlayıb.

Giorgia Meloni başda olmaqla ifrat sağçı İtaliya Qardaşları Partiyası (FdI) birinci çıxıb.

Bu nəticələrə uyğun olaraq, sağçı alyansın 11 ildən sonra ölkədə yenidən hakimiyyətə gəlməsi və FdI lideri Giorgia Meloni-nin ölkənin ilk qadın baş naziri olacağı gözlənilir.
 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az