Putinin qismən hərbi səfərbərlik elan etməsindən sonra minlərlə Rusiya vətəndaşı ölkəni tərk etmək üçün sərhədlərə və hava limanlarına axışıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Kremlin sözçüsü Peskov qismən səfərbərlik çərçivəsində ehtiyat qüvvələrin səfərbər olunması zamanı səhvlərə yol verildiyini etiraf edib:
"Həqiqətən də səfərbərlik fərmanının pozulduğu hallar var. Səfərbərlik çağırışlarında müəyyən səhvlərə yol verilib, bu səhvlər düzəldiləcək. Bəzi rayonlarda qubernatorlar vəziyyəti düzəltmək üçün fəal işləyirlər. Ümid edirik ki, bütün səhvlər düzəldiləcək. Sərhədlərin bağlanması ilə bağlı heç bir qərar verilməyib".