Polşa Rusiya vətəndaşlarının hava və dəniz yolu ilə ölkəyə girişini qadağan etdiyini açıqlayıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Estoniya, Latviya, Litva və Polşa quru sərhədlərini ruslar üçün bağladıqdan bir həftə sonra qüvvəyə minib.
Sözügedən qərarın Şengen vizası olanlar üçün də keçərli olduğu bəyan edilib.
Digər tərəfdən, humanitar vəziyyətlər, diplomatik nümayəndəliklər, Polşa təhsil müəssisələrinin tədqiqatçıları, tələbələr və balıqçılar üçün bəzi müstəsna halların olduğu bildirilib.
Bir neçə ay əvvəl Polşa Rusiya vətəndaşlarına turist vizalarının verilməsini dayandıraraq, Rusiya vətəndaşlarının ölkəyə quru yolu ilə daxil olmasını qadağan etmişdi.