Bu uşağın Kim Çen Inın qızı olduğu iddia edilir - FOTOLAR

09:05 - 27 Sentyabr 2022

Bu uşağın Kim Çen Inın qızı olduğu iddia edilir - FOTOLAR

Şimali Koreya lideri Kim Çen In bu dəfə ailəsi ilə gündəmdədir.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Şimali Koreya Dövlət Televiziyasında yayımlanan verilişdəki kiçik qızın Kim Çen Inın qızı ola biləcəyi iddia edilir.

Ölkənin qurulmasının 75-ci ildönümü tədbirində səhnədə rəqs edən kiçik qız dünya mediasının diqqətini çəkib. Belə ki, çinli mütəxəssislərin iddiasına görə, kameraların daha çox həmin uşağa fokuslanması, eləcə də səhnədə saçını toplamayan yeganə qız olması, Kim Çenin onun çıxışı zamanı daha çox sevinməsi bunu söyləməyə əsas verir. Bundan başqa, tədbirdən sonra Kim Çen Inın xanımı Ri Sol Ju qıza yaxınlaşaraq onunla xüsusi rəftar edib.





Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az