Rusiya prezidenti Vladimir Putin ABŞ Milli Təhlükəsizlik Agentliyinin (NSA) keçmiş əməkdaşı Edvard Snoudenə Rusiya vətəndaşlığı verib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Putin müvafiq fərmanı imzalayıb.
2013-cü ildə sızdırılan sənədlərlə ABŞ-nin Britaniya kəşfiyyatı ilə birlikdə dünyanın hər yerində dinləmə əməliyyatları apardığını ortaya qoyan Snouden həmin ildən Rusiyada daimi yaşayış icazəsi ilə yaşayır.