Rusiya və Çin döyüş gəmiləri ABŞ ətrafında

11:42 - 27 Sentyabr 2022

Rusiya və Çin döyüş gəmiləri ABŞ ətrafında

ABŞ ilə gərginliyi artıran Rusiya Çinlə birgə hərbi fəaliyyətlərini davam etdirir.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Vladimir Putinin nüvə təhdidlərindən sonra ABŞ-dan Rusiyaya bir-birinin ardınca xəbərdarlıqlar edilib. Təhdidlərə əhəmiyyət verməyən Rusiya bu dəfə Çin ilə birgə ABŞ-nin Alyaska əyalətinə çox yaxın bölgədə hərbi aktivliyini artırıb. 

ABŞ Sahil Mühafizəsi Alyaskanın Aleut arxipelaqının Kiska adasının 139 kilometr şimalında Çin donanmasına aid 3 gəmi, 4 Rusiya hərbi gəmisinin aşkar edildiyini bildirib.

ABŞ-nin 17-ci Dairəsinin komandanı briqada generalı Natan Mur, “Naviqasiya fəaliyyəti beynəlxalq qaydalara və normalara uyğun olsa da, biz Alyaska ətrafındakı dəniz zonasında Amerikanın maraqlarına təsir edə biləcək heç bir şeyin baş verməməsini təmin etmək üçün cavab verəcəyik” deyib.
 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az