Türkiyənin Mersin şəhərində polis bölməsinə terrorçular tərəfindən hücum edilib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, hücumla bağlı Türkiyə Daxili İşlər Nazirliyindən açıqlama verilib:
"Hücum zamanı bir polis ölüb, bir polis isə yaralanıb”.
Terrorçular 2 qadın olduğu müəyyən edilib və onlar zərərsizləşdirilib.
Zərərsizləşdirilən terrorçuların şəxsiyyəti ilə bağlı aparılan araşdırmalarda onlardan birinin Zozan Tolan kod adlı Dilşah Ercan olduğu bildirilib.