Böyük Britaniyanın Müdafiə Nazirliyi kəşfiyyat hesabatında bildirib ki, Rusiya prezidenti Vladimir Putin sentyabrın 30-da Ukraynanın işğal olunmuş ərazilərinin Rusiya Federasiyasının tərkibinə daxil olduğunu rəsmən elan edə bilər.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Böyük Britaniya Müdafiə Nazirliyindən verilən açıqlamada Ukraynanın işğal olunmuş bölgələrində keçirilən referendumların bu gün yekunlaşacağı və "Prezident Putinin sentyabrın 30-u cümə günü Rusiya parlamentinin hər iki palatasında çıxışı planlaşdırılıb. Onun Rusiya Federasiyasına daxil olduğunu rəsmən bəyan etmək üçün bu çıxışı edəcəyi real ehtimaldır. Bu ərazilərdə davam edən referendumların sentyabrın 27-də başa çatması planlaşdırılır. Rusiya liderləri bu elanın vətənpərvərlik dəstəyini gücləndirəcəyinə ümid edirlər. Rusiyanın son döyüş meydanındakı uğursuzluqları və keçən həftə elan edilmiş qismən səfərbərliyə dair ciddi narahatçılıq barədə daxili məlumatlılığın artması, çox güman ki, bu istəyi sarsıdacaq”, - bildirilir.