İsveç Dəniz Administrasiyası “Şimal axını 1” və “Şimal axını 2” təbii qaz boru kəmərlərindən Baltik dənizinə sızdığını açıqlayıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Bornholm şəhərinin bir qədər kənarında İsveç və Danimarka sularında “Nord Stream 1” və Nord Stream 2 qaz boru kəmərlərində baş verən sızmalara görə, İsveç Dəniz Administrasiyası gəmilərə bölgədən uzaq durmaq üçün naviqasiya xəbərdarlığı göndərib.
Təyyarələr üçün də xəbərdarlıq edilib. Bildirilib ki, İsveç Dəniz Administrasiyasının hələlik sızmaların səbəbləri barədə məlumatı yoxdur.