Türkiyənin Bursa şəhərində Əli Gülenç və həyat yoldaşı Arzu Gülenç uçurumun kənarında mübahisə edərkən qayalıqdan yıxılıblar.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Əli Gülenç faciəvi şəkildə həyatını itirib.
Ağır yaralanan Arzu Gülenç isə sürünərək ana yola çıxıb. Yoldan keçən məktəb avtobusu yaralı qadını xəstəxanaya çatdırıb.
Prokurorluğun apardığı araşdırmalardan sonra Əli Gülençin cənazəsi məhkəmə tibb morquna aparılıb.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.