Rusiya-Gürcüstan sərhədində səfərbərlik məntəqəsi fəaliyyətə başladı - VİDEO

17:29 - 27 Sentyabr 2022

Rusiya-Gürcüstan sərhədində səfərbərlik məntəqəsi fəaliyyətə başladı - VİDEO

Rusiya Gürcüstan sərhədində hərbi çağırış üzrə operativ qrup işləyir.

 

Manset.az apa-ya istinadən xəbər verir ki, bu barədə Şimali Osetiya Respublikası başçısının və hökumətinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Gürcüstanla sərhəddə hərbi komissarlıq və icra hakimiyyəti orqanlarının nümayəndələri də daxil olmaqla, çağırış üzrə operativ qrup işləyir.

Onlar sərhəddən çıxışda şəxsin hərbi xidmətə cəlb edilib-edilmədiyini, çağırışa cəlb olunub-olunmadığını yoxlayırlar. Məlumat öz təsdiqini tapdığı təqdirdə, həmin adama çağırış vərəqəsi təqdim olunur.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az