NATO-nun baş katibi təcili iclas çağırdı - SƏBƏB

21:16 - 27 Sentyabr 2022

NATO-nun baş katibi təcili iclas çağırdı - SƏBƏB

NATO-nun baş katibi Yens Stoltenberq Silahlar üzrə Milli Direktorlar Konfransının (CNAD) növbədənkənar iclasını çağırıb.

 

Manset.az xəbər verir ki, bu barədə Şimali Atlantika Alyansının saytı xəbər yayıb.

Görüş zamanı Rusiyanın Ukraynadakı hərbi əməliyyatının nəticələri, NATO müttəfiqlərinin hərbi potensialı və sursat ehtiyatları, habelə bu sahədəki boşluqların aradan qaldırılması yollarının müzakirə edildiyi vurğulanıb.

Stoltenberq iclasdakı çıxışında tərəfdaşları silah ehtiyatlarını mümkün qədər tez doldurmağa çağırıb.

“NATO-nun hərbi arsenalının artırılması bizə Ukraynaya dəstəyi davam etdirməyə imkan verəcək”, - deyə o, bildirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az