İqor Dodonun ev dustaqlığının müddəti uzadıldı

22:02 - 27 Sentyabr 2022

İqor Dodonun ev dustaqlığının müddəti uzadıldı

Moldovanın sabiq prezidenti İqor Dodon hələ bir müddət də ev dustaqlığında qalacaq.

 

Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Kişinyovun Apellyasiya Məhkəməsi qərar qəbul edib.

Kişinyov administrasiyası İ.Dodonun vəkillərinin həbs-qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatətini rədd edib. Eyni zamanda, hakimlər prokurorların həbs müddətinin 20 deyil, 30 sutka uzadılması barədə vəsatətini təmin ediblər.

Qeyd edək ki, mayın 24-də İqor Dodona qarşı dövlətə xəyanət və korrupsiya ittihamları irəli sürülüb. 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az