İçində şübhəli şəxs olan polis maşınını qatar vurdu – VİDEO

10:57 - 28 Sentyabr 2022

İçində şübhəli şəxs olan polis maşınını qatar vurdu – VİDEO

ABŞ-nin Kolorado ştatında qatar relslərin üzərində dayanmış və içərisində şübhəli şəxsin olduğu polis maşınına çırpılıb.


Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, ABŞ-nin Kolorado ştatının Platteville şəhəri yaxınlığında polis şübhəli qadını saxlayıb. Hadisədə Rios-Qonsalesin əlləri qandallanıb və qatar relsinin üzərində dayanan polis maşınına mindirilib. 

Bu zaman polis qadının avtomobilində axtarış aparmağa başlayıb. Bir neçə dəqiqə sonra qatar qadının içərisində olduğu maşınla toqquşub. 

Qəzadan sonra polis maşını kənarına çıxaraq sağlamlıq qruplarına xəbər verib. Kolorado İstintaq Bürosundan verilən məlumatda Qonzalesin çoxsaylı xəsarətlər aldığı və xəstəxanaya göndərildiyi bildirilib.

Hadisə ilə bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az