Qadağan olunan muzey: İçərisindəki hər bir əsər tarixin gedişatını dəyişdi - FOTOLAR

12:27 - 28 Sentyabr 2022

Qadağan olunan muzey: İçərisindəki hər bir əsər tarixin gedişatını dəyişdi - FOTOLAR

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi “CIA” qərargahının daxilindəki muzeyin qapılarını jurnalistlərin üzünə açıb. Muzeydə gizli əməliyyatlarda istifadə olunan materiallar sərgilənir.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bu muzey tarixi formalaşdıran eksponatlarla doludur.
Səddam Hüseynin dəri gödəkçəsinindən tutmuş, Üsamə bin Ladenin silahına qədər görə biləcəyiniz dünyanın ən qeyri-adi və eksklüziv muzeyidir.

Muzey MKİ-nin Virciniya ştatında ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin qərargahının daxilində yerləşir.
Giriş ictimaiyyət üçün bağlıdır. Buraya daxil olmaq üçün yalnız CIA əməkdaşları və ya xüsusi qonaqlara icazə verilir. Nəhayət, Mərkəzi Kəşfiyyat İdarəsi yaradılmasının 75 illiyi münasibətilə muzeyin qapılarını jurnalistlərin üzünə açıb.

Muzeydə terrorla mübarizə və xüsusi əməliyyatlar üçün ayrılmış bölmələr var.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az