Sərnişin təyyarəsində həyəcanlı anlar - Döyüş təyyarələri də müşayiət etdi

13:24 - 28 Sentyabr 2022

Sərnişin təyyarəsində həyəcanlı anlar - Döyüş təyyarələri də müşayiət etdi

ABŞ-nin San-Fransisko şəhərindən Sinqapurun Çanqi şəhərinə uçan sərnişin təyyarəsində sərnişinlərdən biri əl yükündə bomba olduğunu iddia edib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, 37 yaşlı sərnişin əl yükündə bomba olduğunu iddia edərək və kabin heyətinə hücum etməyə cəhd edib. 
Bu zaman döyüş təyyarələri sərnişin təyyarəsini müşayiət etməyə başlayıb.

Sinqapur polisi şübhəlinin zərərsizləşdirildiyini bildirib. 
Sinqapur Müdafiə Nazirliyi bomba təhdidinin əsassız olduğunu və hadisə ilə bağlı araşdırmalara başlanıldığını açıqlayıb. 

Nazirlikdən həmçinin bildirilib ki, şübhəli şəxs terrorçuluqda və narkotik vasitələrdən istifadədə şübhəli bilinərək saxlanılıb.
 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az