Qarabağın baş terrorçusu Moskvaya uçdu

23:32 - 26 Oktyabr 2022

Qarabağın baş terrorçusu Moskvaya uçdu

Qarabağdakı terrorçu rejimin başçısı Arayik Arutyunyan oktyabrın 25-də Rusiyaya gedib.

 

Manset.az xarici mediaya istinadən xəbər verir. Bildirilir ki, Arutyunyan biznes-klassda Moskvaya uçub. Baş terrorçunun hansı məqsədlə Rusiyaya səfər etməsi, kimlərlə görüşəcəyi haqda məlumat verilmir. Bununla yanaşı, bildirilir ki, A.Artyunyanın Ruben Vardanyana “artsaxın dövlət naziri” vəzifəsini tutmaq təklifi verdikdən sonra onun gələcək fəaliyyəti ilə bağlı Rusiyanın siyasi elitası ilə müzakirələr aparmaq zərurəti yaranıb.

Rusiyada gözlənilən üçtərəfli görüş ərəfəsində Arutyunyanın Moskvaya sərbəst səfəri təxribat olmaqla bərabər, Rusiyanın da ikibaşlı oyununun göstəricisidir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az