Ermənistanın Baş naziri Nikol Paşinyan Qırğızıstana səfər edəcək.
Manşet.az xəbər verir ki, bu barədə məlumatı Ermənistan hökumətinin Mətbuat xidməti yayıb. Məlumata əsasən, səfər avqustun 19-dan 20-nə qədər davam edəcək.
Qeyd olunur ki, Paşinyan səfəri çərçivəsində Avrasiya Hökumətlərarası Şurasının iclasında iştirak edəcək və Qırğızıstan Prezidenti Sadır Japarovla görüşəcək.