Bu ölkə Polşaya “F-15 Eagle” qırıcıları göndərdi

23:16 - 03 Dekabr 2022

Bu ölkə Polşaya “F-15 Eagle” qırıcıları göndərdi

Amerikanın “F-15 Eagle” qırıcıları Polşanın Lask şəhərindəki aviabazaya gəlib.

 

Manset.az xəbər verir ki, bu barədə ABŞ Hərbi Hava Qüvvələrinin Avropadakı komandanlığı məlumat yayıb.

Qeyd olunub ki, qırıcılar Böyük Britaniyanın Leykenhit aviabazasından göndərilib.

ABŞ Hərbi Hava Qüvvələrinin məlumatına görə, qırıcı təyyarələr Polşada NATO-nun şərq cinahında çəkindirmə əməliyyatları aparmağa başlayacaq.

Bundan əvvəl Polşanın baş nazirin müavini və milli müdafiə naziri Mariuş Blaşak bildirib ki, Povidze şəhərindəki ABŞ hərbi hava qüvvələri bazası genişləndiriləcək.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az