Əfqanıstanın gənc futbolçusu ölkədən qaçmaq istəyərkən öldü

08:31 - 19 Avqust 2021

Əfqanıstanın gənc futbolçusu ölkədən qaçmaq istəyərkən öldü

Əfqanıstanın gənclərdən ibarət milli futbol komandasının üzvü Zəki Anvari ölkədən qaçmaq istəyərkən vəfat edib.

Manset.az xəbər verir ki, bu barədə jurnalist Babak Taqvae özünün tvitter səhifəsində yazıb.

Onun sözlərinə görə, idmançı havaya qalxan Amerika hərbi təyyarəsinin kənarından tutmağa çalışanlardan biri olub.

Jurnalist qeyd edib ki, Anvarinin bədənin qalıqları təyyarənin şassisində aşkarlanıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az