Boris Conson “taliblər”lə razılaşmağa hazır olduğunu bildirdi

23:54 - 20 Avqust 2021

Boris Conson “taliblər”lə razılaşmağa hazır olduğunu bildirdi

Böyük Britaniyanın baş naziri Boris Conson bildirib ki, Birləşmiş Krallıq ehtiyac olduğu halda "Taliban" hərəkatı ilə razılaşmağa hazırdır.

Manşet.az-ın məlumatına görə, bu barədə "Reuters” bildirib.

"İnsanları əmin etmək istəyirəm ki, əlbəttə əgər lazımdırsa, "Taliban"la iş vasitəsilə Əfqanıstan üçün qərarın axtarışı üzrə siyasi və diplomatik səylərimiz davam ediləcək", - Conson deyib.

Hökumət başçısı qeyd edib ki, Böyük Britaniya son altı gündə Əfqanıstandan 6 115 insanı təxliyə edib. Onlardan 320-si Əfqanıstan səfirliyinin əməkdaşı, 402-si krallığın vətəndaşlarıdır.

Daha əvvəl Böyük Britaniya ordusunun Baş Qərargahının rəhbəri "taliblər”lə əməkdaşlıqdan danışıb.

Qeyd edək ki, avqustun 15-də "taliblər” Əfqanıstanın bütün ərazisi üzərində nəzarəti ələ keçirdiklərini elan ediblər. Onlar Kabildə dövlət televiziyasını nəzarət altına alıblar və öz müraciətlərində vətəndaşları sakitliyə çağırıblar.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az