"Taliban" nümayəndələri Əfqanıstanın şimal-qərbində yerləşən Faryab əyalətində əsir götürülmüş 80 təhlükəsizlik əməkdaşını azad ediblər.
Manset.az-ın xəbərinə görə, bu barədə Əfqanıstanın "Pajhwok" agentliyi məlumat yayıb.
Qeyd edək ki, bu həftənin əvvəlində "Taliban" onlara qarşı çıxan hər kəsi əfv etdiyini açıqlayıb.