Almaniya qonşu ölkələrdə əfqan qaçqınlara kömək edəcək beynəlxalq təşkilatlara təcili maliyyə yardımı məqsədilə 100 milyon avro vəsait ayırıb.
Manşet.az xəbər verir ki, bu barədə Almaniya xarici işlər naziri Hayko Maas məlumat verib. Onun sözlərinə görə, rəsmi Berlin sərhədi keçən və Almaniyaya mühacirət üçün əsasları olan qaçqınların alman səfirliklərinə müraciət imkanı üçün Əfqanıstanla qonşu olan dövlətlərlə danışıqlara başlayıb.
“Bu barədə mən artıq Özbəkistan, Pakistan, Tacikistan və Hindistandan olan həmkarlarımla danışıqlar aparmışam”, - deyə Maas bildirib. Qafqazinfo