“Taliban” Kabil aeroportuna gedən yolu bağladı

18:06 - 24 Avqust 2021

“Taliban” Kabil aeroportuna gedən yolu bağladı

Əfqanıstanda hakimiyyəti ələ keçirmiş “Taliban” qruplaşması Həmid Karzay Beynəlxalq Hava Limanına gedən yolu bağlayıb.

Manşet.az TASS-a istinadən xəbər verir ki, bu barədə Kabildə keçirilən mətbuat konfransında “Taliban”ın nümayəndəsi Zəbiullah Mücahid məlumat verib.

“Biz aeroporta gedən yolu bağlamışıq və oraya yalnız xarici ölkələrin vətəndaşlarını buraxırıq”, - o qeyd edib.

Z.Mücahidin sözlərinə görə, avqustun 31-dən sonra təxliyə işləri qadağan ediləcək.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az