6-cı dəfə vaksin vurduran şəxs koronovirusa yoluxdu

21:52 - 24 Avqust 2021

6-cı dəfə vaksin vurduran şəxs koronovirusa yoluxdu

Braziliyada 6 doza vaksin vurduran şəxs koronavirusa yoluxub.

Manşet.az xəbər verir ki, həmin şəxs 12 may və 21 iyul tarixləri arasında koronavirusa qarşı 5 doza vaksinasiya olunub.

Həmin tarixlərdə 2 Coronavac, 1 AstraZeneca və 2 doza Pfizer/BioNTech vaksini vurduran braziliyalı 16 avqustda 6-cı dozu vurdurarkən koronavirusa yoluxub.

Kimliyi açıqlanmayan şəxs 10 həftə ərzində 5 doza vaksini necə vurdurduğunu, yoxlanışlardan necə keçdiyini aydınlaşdırmaq üçün nazirliyə dəvət olunub.

Səhiyyə nazirliyi isə bununla bağlı araşdırmaların davam etdiyini açıqlayıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az