“ABŞ təxliyyədən sonra Kabil hava limanının təhlükəsizliyinə görə məsuliyyət daşımayacaq”.
Manşet.az TASS-a istinadən xəbər verir ki, bunu Pentaqonun mətbuat katibi Con Kirbi keçirdiyi brifinq zamanı deyib.
“Missiyamız başa çatanda biz gedəcəyik. Hava limanı daha ABŞ-ın məsuliyyətində olmayacaq. ABŞ ordusu hazırda Kabildəki səfirliyi də qorumur. Səfirlik də işini hava limanından görür”, - deyə Kirbi vurğulayıb.