Meksika Hərbi Dəniz Qüvvələrinə məxsus helikopter İdalqo əyalətinin Aqua Blanka bölgəsində qəzaya uğrayıb.
Manşet.az xəbər verir ki, helikopterin göyərtəsində olan qonşu Verakruz əyalətinin daxili işlər naziri Erik Kisneros xəsarət alıb.
Əyalət xəstəxanasına yerləşdirilən nazirin vəziyyəti sabit qiymətləndirilir.
Hadisə yerindən çəkilmiş fotolar helikopterin quyruq hissəsinin tamamilə çökdüyünü, gövdəsinin zədələndiyini göstərir.Report