Qazaxıstanda hərbi hissənin anbarın yaxınlığında partlayış baş verib.
Manşet.az-ınTASS-a istinadən xəbərinə görə, bu barədə Qazaxıstan Müdafiə Nazirliyi məlumat yayıb.
Jambıl vilayətinin Bayzak rayonunda yerləşən hərbi hissədə, təxminən saat 19:00 radələrində anbarlardan birinin yaxınlığında yanğın baş verib. Yanğın nəticəsində partlayış yaranıb. Yanğının söndürülməsinə yanğınsöndürmə briqadaları cəlb edilib.