"COVİD-19 virusu bioloji silah kimi hazırlanmayıb" - ABŞ kəşfiyyatı

08:41 - 28 Avqust 2021

\"COVİD-19 virusu bioloji silah kimi hazırlanmayıb\" - ABŞ kəşfiyyatı

ABŞ Kəşfiyyat Birliyi koronavirusun mənşəyi ilə bağlı 90 gün davam edən araşdırmanı başa çatdırıb və ölkə prezidenti Co Baydenə məruzəsindən bəzi hissələri dərc edib.

Manset.az “RİA Novosti”yə istinadən xəbər verir.

“ABŞ Kəşfiyyat Birliyi bir sıra əsas məsələlər üzrə geniş razılığa gələ bildi. Biz hesab edirik ki, virus (COVID-19) bioloji silah kimi hazırlanmayıb. Əksər qurumlar az əminliklə SARS-CoV-2-nin genetik mühəndisliyin köməyi hazırlanmadığına inanırlar”, - ABŞ Milli Kəşfiyyatının direktorunun ofisinin saytında dərc edilmiş məruzədə deyilir.

Daha əvvəl “Washington Post” qəzeti ABŞ kəşfiyyatının Prezident Co Baydenə COVID-19-un mənşəyi haqqında məruzə təqdim etdiyini, lakin məruzədə aydın nəticələrin olmadığını bildirmişdi.//qafqazinfo


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az