Türkiyə ilk təyyarə fabrikini yenidən açır

18:10 - 12 İyun 2023

Türkiyə ilk təyyarə fabrikini yenidən açır

Türkiyənin Kayseri vilayətində təyyarə və helikopter hissələri istehsal edən ilk aviasiya zavodu olan TOMTAŞ yenidən işə başlayacaq.

 

Manset.az bu barədə "Anadolu"ya istinadən xəbər verir.

Qeyd edilir ki, Melikqazi bölgəsində tikilən zavodun yenidən işə salınması üçün 205 milyon lirə sərmayə qoyulub. İlk mərhələdə TOMTAŞ-da 50 nəfər işlə təmin olunacaq.

Məlumat üçün bildirək ki, müəssisə ASFAT, Erciyes Teknopark, Türk Havacılık ve Uzay Sanayii və TOMTAŞ-ın birgə layihəsidir.

Zavodda füzelajlar, qanadlar, qapılar, idarəetmə panelləri və digər təyyarə hissələri, həmçinin helikopter pərvanələri və mühərrik hissələrinin istehsalı planlaşdırılır.

Layihə regional əhəmiyyətli investisiya kimi qiymətləndirilir, bununla bağlı hökumət tərəfindən bir sıra güzəştlər, o cümlədən gömrük rüsumlarından azad olunma, kreditlər üzrə aşağı faiz, ƏDV-dən azad olunma, vergilərin 80% azaldılması məsələləri həll olunub.

"Ümumilikdə zavodun fəaliyyətinin bərpasına təxminən 205 milyon lirə sərmayə qoyulub. Müəssisə ildə 420 kq-a yaxın məhsul istehsal edə biləcək. Ümumilikdə 10 milyon 207 min 500 dollara avadanlıq alınacaq", - nəşr yazır. deyir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az