Ərdoğan yeni ilə nəhəng mitinqlərlə başlayacaq

21:20 - 22 Dekabr 2023

Ərdoğan yeni ilə nəhəng mitinqlərlə başlayacaq

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 2024-cü ilin martında keçiriləcək yerli özünüidarəetmə orqanlarına seçkilərə hazırlıq kampaniyası çərçivəsində yanvarın 1-dən ölkənin iri şəhər və əyalətlərində mitinqlərə başlayacaq.

 

Manset.az xəbər verir ki, bu barədə “A haber” telekanalı məlumat yayıb.

Belə ki, yanvarın 1-dən başlayaraq onun vətəndaşlarla görüşləri olacaq. Telekanal xəbər verir ki, Ərdoğan seçkilərdən əvvəl 30-u böyük şəhər olmaqla, ümumilikdə 50 əyalətə səfər edəcək.

Xatırladaq ki, Türkiyədə yerli hökumət seçkiləri ölkənin ən yüksək seçki şurası tərəfindən 2024-cü il martın 31-nə təyin edilib.
Yanvarda seçki orqanı seçki təqvimini dərc edəcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az