Azərbaycanla qonşu ölkələrdə zəlzələlər qeydə alındı - FOTO

11:53 - 23 Dekabr 2023

Azərbaycanla qonşu ölkələrdə zəlzələlər qeydə alındı - FOTO

Bu gün Azərbaycanla qonşu ölkələrdə zəlzələlər baş verib.

 

Belə ki, Gürcüstanın şərqindəki Telavi şəhərindən (Kaxeti bölgəsi) 30 kilometr aralıda 4,4 bal gücündə zəlzələ baş verib.

Manset.az xəbər verir ki, bu barədə yerli Milli Seysmik Monitorinq Mərkəzi məlumat yayıb.

Bildirilir ki, Tbilisi vaxtı ilə saat 9:26-da baş verən zəlzələnin ocağı 15 kilometr dərinlikdə yerləşib. Zəlzələnin episentri Torqva kurortu yaxınlığında qeydə alınıb.

Həmçinin, bu gün saat 5:57-də İranda, Şərqi Azərbaycan əyalətinin Vərziğan şəhərində Rixter cədvəli üzrə 4,6 bal gücündə zəlzələ baş verib.

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər yayıb.

Məlumata görə, ocağı doqquz kilometr dərinlikdə qeydə alınan zəlzələ Təbriz şəhərində də hiss edilib.

Hər iki ölkədə xəsarət alanlar və dağıntılar barədə məlumat verilmir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az