Çobanlarla fermerlər arasında münaqişə ölkəni ayağa qaldırdı - 16 nəfər həyatını itirdi

12:34 - 25 Dekabr 2023

Çobanlarla fermerlər arasında münaqişə ölkəni ayağa qaldırdı - 16 nəfər həyatını itirdi

Nigeriyanın şimalındakı Plato əyalətinin Muşu qəsəbəsində çobanlarla fermerlər arasında baş verən qarşıdurmada 16 nəfər həyatını itirib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, əsasən ağır silahlı dəstələrin qətl və kənd basqınları təşkil etdiyi Muşu qəsəbəsində müsəlman çobanlarla xristian fermerlər arasında baş verən bu münaqişənin səbəbi və kimin məsuliyyət daşıdığı barədə dəqiq açıqlama verilməyib.

Plato əyalətinin qubernatoru Kaleb Mutfvanq hadisələri "barbar və qəddar" olaraq pisləyib və günahkarların ədalət qarşısında cavab verəcəyini vəd edib. Mutfvanq hökumətin baş verənlərin qarşısını almaq üçün fəal tədbirlər görəcəyini deyib.

Əfsanə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az