Nigeriyanın şimalındakı Plato əyalətinin Muşu qəsəbəsində çobanlarla fermerlər arasında baş verən qarşıdurmada 16 nəfər həyatını itirib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, əsasən ağır silahlı dəstələrin qətl və kənd basqınları təşkil etdiyi Muşu qəsəbəsində müsəlman çobanlarla xristian fermerlər arasında baş verən bu münaqişənin səbəbi və kimin məsuliyyət daşıdığı barədə dəqiq açıqlama verilməyib.
Plato əyalətinin qubernatoru Kaleb Mutfvanq hadisələri "barbar və qəddar" olaraq pisləyib və günahkarların ədalət qarşısında cavab verəcəyini vəd edib. Mutfvanq hökumətin baş verənlərin qarşısını almaq üçün fəal tədbirlər görəcəyini deyib.
Əfsanə
Manşet.az