İsrail ordusu Qəzzada Əl-Maqazi Qaçqınlar Düşərgəsini növbəti dəfə hədəfə alıb. Mülki əhalinin yaşadığı evlərə hava zərbələri endirib.
Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Qəzzada Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, hücum nəticəsində uşaqlar da daxil olmaqla 70 nəfər qətlə yetirilib.
Qəzzada Səhiyyə Nazirliyi düşərgəyə edilən hücum soyqırım adlandırıb.
Qeyd edək ki, oktyabrın 7-dən bu yana İsrailin hücumlarında həlak olan fələstinlilərin sayı 20 min 674-ə yüksəlib.
Jalə
Manşet.az