Qəzzada BMT-nin ölən əməkdaşlarının sayı açıqlandı

18:42 - 25 Dekabr 2023

Qəzzada BMT-nin ölən əməkdaşlarının sayı açıqlandı

İsrailin hücumları nəticəsində həlak olan BMT əməkdaşlarının sayı 142-yə yüksəlib.

 

Manset.az  xəbər verir ki, bu barədə BMT Baş katibi Antoniu Quterreş “X” səhifəsində paylaşım edib.

Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi, işçilərinin əksəriyyətinin ailələri ilə birlikdə öldürüldüyünü bildirib.

Qeyd edək ki, Qəzza zolağında həlak olan İsrail əsgərlərinin sayı artır. HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadaları daha 48 İsrail əsgərinin öldürüldüyünü açıqlayıb.

Onlarla İsrail əsgərinin yaralandığı bildirilən açıqlamada İsrail ordusuna aid 35 hərbi maşının qismən və ya tamamilə məhv edildiyi qeyd edilib.

Xatırladaq ki, oktyabrın 7-dən bu yana İsrailin hücumlarında həlak olan fələstinlilərin sayı 20 min 674-ə yüksəlib.

Jalə

Manşet.az

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az