Putindən bu vətəndaşların deportasiyası ilə bağlı yeni qərar

01:02 - 26 Dekabr 2023

Putindən bu vətəndaşların deportasiyası ilə bağlı yeni qərar

Rusiyada xarici vətəndaşların deportasiyası üçün yeni qaydalar müəyyən edilib.

 

Manset.az  xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin qanun imzalayıb.

Dəyişikliklərə əsasən, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin belə yerlərdə saxlanılması 90 gündən çox ola bilməz. Sənəd nəzarət orqanlarına deportasiyanı digər sanksiyalarla əvəz etmək hüququ verir. Əcnəbilərdən 50 min rubla qədər cərimə ödəmək və ya 200 saata qədər məcburi iş görmək də tələb oluna bilər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az